Göytəpə şəhəri ərazisində yerləşən hərbi hissədə şəxsi heyətlə görüş olub

Tokio, 20 mart , /AJMEDIA/

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən birgə tədbirlər planına uyğun olaraq, Sərhəd Qoşunlarının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yerləşən hərbi hissəsində şəxsi heyətlə görüş keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AJMEDIA-ya bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəxsi heyət Novruz bayramı münasibətilə təbrik edilib, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd siyasətinin uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkə sərhədlərinin etibarlı mühafizəsinin ən yüksək tələblər səviyyəsində təşkil olunması istiqamətində əldə edilmiş nailiyyətlər vurğulanıb.
Hərbi Prokurorluğun əməkdaşları və çıxış edənlər cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr verib.
Tədbirlərdə iştirak edən rəsmi şəxslər hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts