Görkəmli bəstəkar Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib

Tokio, 4 fevral , /AJMEDIA/

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.
AJMEDIA xəbər verir ki, tədbirin təşkilatçısı və aparıcısı, nəzəriyyə ixtisası üzrə müəllim, musiqişünas Nərgiz Kərimova dahi bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərindən ibarət kamera ansamblı (bədii rəhbər Əməkdar artisti Vaxtanq İmanov) tərəfindən bir-birindən gözəl ifalar səsləndirilib.
Qeyd edək ki, məktəbin direktoru, Əməkdar artisti Əziz Qarayusiflinin şagirdi Hüseyn Gözəlov ilə birlikdə “İldırımlı yollarla” baletindən “Gitaralı qızların rəqsi” əsərinin klarnetdə möhtəşəm ifaları (Lenay Seidəlizadə və Aslana Əliyevanın gözəl rəqslərinin müşayiəti ilə) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda Mədəniyyət Nazirliyinin nümayəndəsi, Xalq artisti Roza Cəlilova tədbir iştirakçılarını və qonaqları təbrik edərək uğurlar arzulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts