Site icon AJMEDIA Azərbaycanca

Görkəmli tarzən Ramiz Quliyevin 75 illiyi qeyd ediləcək

Tokio, 20 dekabr , /AJMEDIA/

Dekabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin 75 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
BMA-nın mətbuat xidmətindən AJMEDIA-ya verilən məlumata görə, tədbirdə tarzənin həyat və yaradıcılığı haqqında videoçarx təqdim olunacaq. Eyni zamanda 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış edəcəklər

Exit mobile version