Site icon AJMEDIA Azərbaycanca

Görkəmli bəstəkar Emin Sabitoğlunun 85 illiyi qeyd ediləcək

Tokio, 31 iyul , /AJMEDIA/

Oktyabrın 15-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, gecədə bəstəkarın unudulmaz nəğmələrini tanınmış incəsənət nümayəndələri ifa edəcəklər.
Qeyd edək ki, biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.

Exit mobile version