Site icon AJMEDIA Azərbaycanca

Görkəmli Azərbaycan bəstəkarının əsərləri Qahirə Operasında səsləndirilib

Tokio, 27 aprel, /AJMEDIA/

Qahirə Operasında Qahirə Simfonik Orkestrinin ifasında “XX əsrin şedevrləri 1” adlı konsert proqramı təqdim edilib.

AJMEDIA xəbər verir ki, proqramın birinci hissəsində görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun violonçel və orkestr üçün konsertindən 3 hissə (Allegro non troppo, Largamento, Finale: Allegro con fuoco) səsləndirilib.

Daha sonra görkəmli rus bəstəkarı İqor Stravinskinin əsərlərindən (Pulsinella, Alov quşu (1919-cu il versiyası) ibarət konsert təqdim olunub.

Konsertin solisti Viktoriya Kapralova (violonçel), dirijoru isə Əhməd əl-Saididir.

Exit mobile version