Gimnastımız Nazənin Teymurova dünya kuboku yarışlarında səkkizinci olub

Tokio, 12 mart , /AJMEDIA/

Azərbaycanın idman gimnastı Nazənin Teymurova Bakıda keçirilən dünya kuboku yarışlarında sərbəst hərəkətlərdə səkkizinci olub.
AJMEDIA xəbər verir ki, gimnastımızın çıxışı hakimlər tərəfindən 9,966 xalla qiymətləndirilib.
Yarışın qalibi 12,833 xalla fransalı Marine Boyer olub. İlk üçlükdə italiyalı Arianna Belardella (12,800 xal) və Türkiyə idmançısı Sevgi Kayısoğlu (12,566 xal) yer alıb.
Turnirdə 49 ölkədən 173 idmançı iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts