Site icon AJMEDIA Azərbaycanca

Gimnastımız Dünya Kubokunda finala vəsiqə qazanıb

Tokio, 2 mart , /AJMEDIA/

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov finala vəsiqə qazanıb.
AJMEDIA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Bildirilib ki, 27 yaşlı idmançı halqalarla hərəkətlərin icrasında təsnifat mərhələsini 4-cü pillədə başa vurub.
Bu, Simonovun finala adlaması üçün yetərli olub.

Exit mobile version