Site icon AJMEDIA Azərbaycanca

Genetik Ehtiyatlar İnstitutunun təcrübə bazalarında aqrotexniki tədbirlər davam etdirilir

Tokio, 9 fevral, /AJMEDIA/

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təcrübə təsərrüfat bazalarında aqrotexniki tədbirlər yüksək təşkilatçılıq səviyyəsində davam etdirilir.

AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İnstitutun baş meneceri biologiya üzrə fəlsəfə doktoru Rafail Mahmudov regionlarda müəssisənin struktur bölmələrində olub və xidməti ərazilərində, təcrübə sahələrində monitorinq keçirib. İnstitutun elmi potensialının daha da genişləndirilməsi üçün onun kifayət qədər imkanlara malik olduğunu müəyyənləşdirib. Elmi tədqiqatçıların təcrübə təsərrüfat bazalarında əməli işgüzarlığı gücləndirilib, obyektlərdə nəzarət məsuliyyəti artırılıb. Təcrübə təsərrüfat bazalarında görülən aqrotexniki tədbirlər haqqında məlumatların mütəmadi olaraq institutun Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə verilməsi ilə bağlı şöbə müdirlərinə göstəriş verilib.

Genetik Ehtiyatlar İnstitutunun ölkənin ayrı-ayrı rayonlarında fəaliyyət göstərən 8 struktur bölməsindən biri olan Abşeron təcrübə təsərrüfat bazasında aqrotexniki tədbirlər bazanın müdiri Həmid İsmayılovun rəhbərliyi ilə həyata keçirilir.

İnstitutun aidiyyəti şöbələrinin əməkdaşları bazada təcrübə sahələrində elmi işlərin aparılmasının səmərəliliyinin və əldə edilən məhsulların kəmiyyət, keyfiyyət göstəricilərinin dəqiqliyinin, davamlılığının təmin olunması üçün tədqiqata cəlb edilən müxtəlif bitki genotipləri sortlarının seçilməsində, seleksiyasında və tətbiqində bilavasitə yaxından iştirak edirlər. Həmçinin müvafiq torpaq sahələrində aqrotexniki qulluq göstərilməsinə, ağacların əkilməsi, becərilməsi işlərinə kömək göstərirlər.

Bazanın xidməti ərazisində meyvə bitkiləri, istixana şəraitində çiyələk, habelə tut ipəkqurdu üçün yem xammalı bazasının formalaşdırılması məqsədilə tut ağacı bitkiləri əkilib və onlara aqrotexniki qulluq göstərilir. Bu tədbirlər son vaxtlar institutda ənənə halını almış ağacəkmə kampaniyası şəklində həyata keçirilir.

İnstitutun müvafiq şöbələrinin mövzu planlarına əsasən, elmi tədqiqatların aparıldığı indiki şəraitdə müvafiq təcrübə sahələrində torpaqlara, müxtəlif növ bitki genotiplərinə tələblərə uyğun olaraq aqrotexniki qulluq göstərilir.

Exit mobile version