Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında tarla seminarı keçiriləcək

Tokio, 17 may , /AJMEDIA/

Mayın 20-də Tərtər rayonunun Şıxarx qəsəbəsində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və Genetik Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Qarabağ regionunda ərzaq təhlükəsizliyinin təmin olunmasında Qarabağ Elmi-Tədqiqat Bazasının rolu” mövzusunda tarla seminarı keçiriləcək.
Bu barədə AJMEDIA-ya AMEA-dan bildirilib. Tədbirdə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, Genetik Ehtiyatlar İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun məruzələri dinləniləcək, müzakirələr aparılacaq, həmçinin kolleksiya sahələrinə baxış keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts