Gənclər və İdman Nazirliyi daha beş federasiyanın akkreditasiyasını təsdiqləyib

Tokio, 2 noyabr , /AJMEDIA/

Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.
Nazirlikdən AJMEDIA-ya bildiriblər ki, iclasın gündəliyinə əsasən, yeniyetmə və gənclər arasında keçiriləcək V Robot Olimpiadasının qaliblərinin mükafatlandırılması qaydaları və “Sağlam həyat” bədən tərbiyəsi və idman layihəsinin Əsasnaməsi müzakirə edilərək qəbul olunub.
İclasda, həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. Kollegiyanın qərarına əsasən, “Azərbaycan Tennis Federasiyası”, “Azərbaycan Bilyard Federasiyası”, “Azərbaycan Qış İdman Növləri Federasiyası”, “Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası” və “Azərbaycan Minifutbol Federasiyası” ictimai birliklərinin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, “Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası”, “Motosiklet İdmanı Federasiyası” və “Miks Martial Arts Federasiyası” ictimai birliklərinin federasiya statusu dayandırılıb.
Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə 31 federasiyanın isə statusu dayandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts