Gənclər arasında təşkil olunan Avropa birinciliyini taekvondoçularımız iki qızıl, bir bürünc medalla başa vurublar

Tokio, 16 Noyabr, /AJMEDIA/

Bosniya və Herseqovinada gənclər arasında təşkil olunan Avropa birinciliyi başa çatıb.

AJMEDIA xəbər verir ki, qitə birinciliyində uğurla çıxış edən Azərbaycan komandası iki qızıl, bir bürünc medal qazanıb. Belə ki, komandamızın üzvləri Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Yığmamızın digər üzvü Pünhan Mürsəlov (45 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yığma komandamız Avropa birinciliyində 15 idmançı ilə təmsil olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts