Gənc cüdoçularımız Yaponiyada təlim-məşq toplanışında iştirak edirlər

Tokio, 1 mart , /AJMEDIA/

Azərbaycanın gənclərdən ibarət cüdo üzrə milli komandasının 6 üzvü Yaponiyada təşkil edilən təlim düşərgəsində iştirak edir.
AJMEDIA Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, idmançılar hazırlıq prosesini martın 11-dək Tsukaba Universitetində, 12-dən 18-dək isə Kokuşikan Universitetində davam etdirəcəklər. Təlim-məşq toplanışında Nizami İmranov, Nurlan Kərimli, Samir Piriyev, Ömər Rəcəbli, Vüqar Talıbov və Kənan Nəsibov iştirak edirlər. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçi Elxan Rəcəbli rəhbərlik edirlər.
Hazırlıq prosesi sentyabr və oktyabrda keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına uzunmüddətli hazırlığın bir hissəsidir.
Toplanışa Azərbaycan cüdoçuları ilə yanaşı, İsrail və Yaponiyanın gənc oğlanlardan ibarət yığmaları da qatılıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts