Gələn il Bakıda keçiriləcək Formula 2 yarışının vaxtı bəlli olub

Tokio, 16 Oktyabr, /AJMEDIA/

Formula 2 yarışlarının 2022-ci il mövsümünün təqvimi açıqlanıb.

AJMEDIA xəbər verir ki, çempionat martın 18-20-də Bəhreyndə start götürəcək. Mövsümə noyabrın 18-20-də Əbu-Dabidə yekun vurulacaq.

Mövsümün altıncı mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Formula 2 yarışı yeni mövsümü rekord sayda – 14 mərhələdən ibarət olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts