Tokio, 2 mart , /AJMEDIA/
Serbiyanın Novi Sad şəhərində keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyinin dördüncü yarış günündə gənc sablyaçılarımız Saleh Məmmədov, Maqsud Hüseynli və Murad Əkbərov komanda yarışında qüvvələrini sınayıblar.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən görüşdə Bolqarıstanı təmsil edən seçmə kollektivə 30:45 hesabı ilə uduzan komandamız 9-12-ci yerlər uğrunda mübarizədə Rumıniya (38:45) və Türkiyə yığmasına (39:45) məğlub olub.