Site icon AJMEDIA Azərbaycanca

Gənc gimnastlarımız dünya çempionatında daha bir bürünc medal qazanıb

Tokio, 9 iyul , /AJMEDIA/

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə gənclər arasında keçirilən 2-ci dünya çempionatında Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri 5 topla hərəkətlərin icrasında bürünc medala layiq görülüb.
AJMEDIA bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Qeyd edək ki, qrup komandamız dünən çoxnövçülük proqramında bürünc medal qazanıb.

Exit mobile version