Tokio, 28 sentyabr , /AJMEDIA/
“Gəncə” basketbol komandasına yeni baş məşqçi təyin olunub.
Klubdan AJMEDIA-ya verilən məlumata görə, komandanın sükanı türkiyəli mütəxəssis Bedri Meriçə həvalə edilib.
41 yaşlı məşqçi ilə cari mövsümün sonuna kimi müqavilə bağlanılıb.
Qeyd edək ki, ilk dəfə ölkə xaricində işləyəcək Bedri Meriç “Ankaragücü” və “Böyük Anadolu” klublarında çalışıb. Onun oğlu Derin Berköz 16 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvüdür.