Futzal üzrə Azərbaycan millisi 12 komanda arasında yer alıb

Tokio, 8 mart , /AJMEDIA/

Futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinə yekun vurulub.
AJMEDIA xəbər verir ki, altı qrupda ilk iki yeri tutan komandalar elit raunda vəsiqə qazanıblar.
Qrup ikincisi kimi mərhələ adlayan Azərbaycan millisi ilə yanaşı, elit raundda Xorvatiya, Fransa, Gürcüstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Ukrayna, İspaniya, Qazaxıstan və Ermənistan seçmələri mübarizə aparacaqlar.
Bu mərhələnin püşkü iyulun 5-də atılacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts