Futzal üzrə Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib

Tokio, 9 iyun , /AJMEDIA/

Bu gün 2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.
AJMEDIA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq.
Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun matçı da rəqib zalında keçirəcək.
Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts