Tokio, 4 mart , /AJMEDIA/
Futbol üzrə Portuqaliya kuboku yarışında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
AJMEDIA xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Mafra” ilə qarşılaşıb. Matç “Tondela”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. R.Dadaşov görüşün 79-cu dəqiqəsində meydana daxil olub.
Komandalar arasında cavab oyunu aprelin 20-də “Mafra”nın meydanında keçiriləcək.