Futbol üzrə dünya çempionatında Belçika yığmasının məğlubiyyəti Brüsseldə iğtişaşlarla nəticələnib

Tokio, 28 noyabr , /AJMEDIA/

Qətər stadionunda keçirilən Mərakeş və Belçika yığmaları arasında oyunda Belçikanın məğlubiyyəti ilə (2:0) başa çatmasını bildirən final fitindən sonra Brüsselin mərkəzində iğtişaşlar başlanıb.
AJMEDIA xəbər verir ki, yüzlərlə gənc tonqal qalamağa başlayıb və içki dolu şüşələri ətrafa tullayıblar. Vandallar elektrik skuterlərini yandırıblar. Bir neçə avtomobilə zərər dəyib, mağazaların vitrinləri sındırılıb. Polis asayiş keşikçilərinə öz vəzifələrini yerinə yetirməkdən ötrü şərait yaratmaq üçün sakinlərdən şəhərin bu hissəsinə girişdən çəkinməyi xahiş edib. Bir sözlə, polis ehtimal olunan iğtişaşlara yaxşı hazırlaşıb və hadisələrin baş verdiyi yerə dərhal yetişib. İğtişaş səbəbkarlarını dağıtmaqdan ötrü su şırnağından istifadə olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts