Site icon AJMEDIA Azərbaycanca

Futbol üzrə klublararası dünya çempionatının yarımfinalçıları müəyyənləşib

Tokio, 7 fevral, /AJMEDIA/

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının yarımfinalçıları müəyyənləşib.

AJMEDIA xəbər verir ki, finala gedən yolda Səudiyyə Ərəbistanının “Əl-Xilyal” komandası İngiltərə “Çelsi”si, Braziliyanın “Palmeyras” komandası isə Misirin “Əl-Əhli” kollektivi ilə üz-üzə gələcək. Misir təmsilçisi Asiya Çempionlar Liqasının qalibidir.

“Palmeyras” -“Əl-Əhli” oyunu fevralın 8-də, “Əl-Xilyal” – “Çelsi” matçı isə bir gün sonra keçiriləcək.

Fevralın 12-də yekun vurulacaq çempionatın hazırkı qalibi Almaniyanın “Bavariya” komandasıdır.

Exit mobile version