Site icon AJMEDIA Azərbaycanca

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Latviya ilə heç-heçə edib

Tokio, 08 iyun, /AJMEDIA/

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyununa çıxıb.

AJMEDIA xəbər verir ki, yığma səfərdə Latviya ilə qarşılaşıb. Riqa şəhərindəki “Skonto” stadionunda təşkil olunan matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmanı maltalı Trustin Farruca Kann idarə edib.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıda digər yoldaşlıq görüşündə Macarıstanı qəbul edəcək.

Exit mobile version