Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubuna mükafat təqdim olunub

Tokio, 18 may, /AJMEDIA/

Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan “Qarabağ” komandası mükafatlandırılıb.

AJMEDIA xəbər verir ki, Ağdam təmsilçisi XXXV turda “Azersun Arena”da “Kəpəz”lə baş tutan oyundan sonra qızıl medallara layiq görülüb. 12-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev və digər rəsmi şəxslər təqdim ediblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran “Qarabağ” növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts