Fransanın “Muselmansenfrance” portalında alban həvari kilsəsinin tarixindən bəhs edən məqalə dərc olunub

Tokio, 8 iyun , /AJMEDIA/

Fransanın “Musulmansenfrance” portalında Azərbaycanın alban həvari kilsəsinin tarixindən bəhs edən məqalə dərc olunub.
AJMEDIA xəbər verir ki, məqalədə Azərbaycan tarixinin qədim dövrü və erkən orta əsrlər mədəniyyətinin daşıyıcısı olmuş alban həvari kilsəsinin Qafqazın ən qədim kilsələrindən olduğu bildirilir. Xristianlığın Azərbaycan ərazisində yayılması tarixindən bəhs olunan məqalədə ölkə ərazisindəki alban abidələri haqqında məlumat verilib.
Məqalədə ermənilərin qədim alban kilsəsi və abidələrini erməniləşdirməyə çalışmasına xüsusi diqqət çəkilib. Bildirilib ki, alban həvari kilsəsinin maddi-mədəni irsinə, daha sonra bu irsin qorunub saxlandığı Azərbaycan torpaqlarına əsassız iddiaları üçün zəmin yaratmaq məqsədilə erməni-qriqorian kilsəsi XV əsrdən başlayaraq azərbaycanlılardan İrəvan ətrafındakı torpaqları almağa başlayır. 1431-ci ildə katolikos Qriqor Makulu Azərbaycanın iri torpaq mülkiyyətçisi Əmir Rüstəmdən İrəvan vilayətindəki 7 kəndi – Üçkilsə monastırının yerləşdiyi Üçkilsə kəndini, Qəmərli, Batrinc, Noraqavit, Ağunatun Kirəcli və Muğni kəndlərini 530 min Təbriz dinarına alıb və həmin kəndləri Üçkilsə monastırına bağışlayıb. Sonralar erməni-qriqorian kilsəsi azərbaycanlıların daha 16 kəndini, digər torpaq və mülklərini ələ keçirib. Erməni-qriqorian kilsəsi pərakəndə ermənilər üçün Azərbaycan torpaqlarında yeni yaşayış məskənləri yaratmaqla özünün köçəri icmasını Azərbaycanın tarixi torpağı olan İrəvan ərazisində yerləşdirməyə başlayıb. Həmin vaxtdan erməni-qriqorian kilsəsi katolikoslarının Üçkilsə monastırı ətrafındakı tarixi Azərbaycan torpaqlarını pulla alıb monastırın tərkibinə qatması ənənəyə çevrilib.
Vurğulanıb ki, Üçkilsə kəndində məskunlaşan dünya ermənilərinin katolikosu II Qriqori erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına soydaşlarının Azərbaycan kəndləri ətrafında torpaq alıb buraya köçməsini maliyyələşdirib, onlara kiçik kilsələr tikdirib. Beləliklə, ermənilərin Qafqazda guya qədimdən mövcudluğu barədə təsəvvür yaratmağa çalışıb.
Qeyd edilib ki, Rusiya imperatoru I Nikolayın 1836-cı il martın 11-də imzaladığı fərmanla avtokefal alban həvari kilsəsi erməni-qriqorian kilsəsinin idarəçiliyinə verilib. Beləliklə, alban həvari kilsəsinin maddi-mədəni irsinə nəzarət erməni-qriqorian kilsəsinin ixtiyarına keçdikdən sonra erməni millətçilərinin Azərbaycanın tarixi torpaqlarına qarşı əsassız iddialar qaldırmaları üçün münbit zəmin yaranıb. Eyni zamanda, erməni-qriqorian kilsəsi Rusiya hakim dairələrinin icazəsi ilə 1909-1910-cu illərdə alban həvari kilsəsinin arxivlərini məhv edərək Azərbaycanın tarixi irsinə və xalqımızın tarixi yaddaşına böyük zərbə vurub, məkrli siyasətini həyata keçirmək üçün aktiv fəaliyyətə başlayıb. Azərbaycanın tarixi torpaqlarına ərazi iddiası ilə çıxış etməyi qarşıya məqsəd qoyan erməni-qriqorian kilsəsi erməni millətçi partiyaları ilə birlikdə XX əsrin əvvəllərində Azərbaycana qarşı torpaq iddiaları irəli sürüb, qondarma “Dağlıq Qarabağ” problemini uydurub, yürütdüyü məkrli siyasət nəticəsində İrəvan mahalını zəbt edib.
Erməni xalqının Qafqaza gəlmə olduğunun vurğulandığı məqalədə qeyd edilib ki, ermənilərin uydurduğu saxta məlumatlar sabun köpüyündən başqa bir şey deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts