Fransada Yeni il gecəsi iğtişaşlar zamanı 700-dək avtomobil yandırılıb

Tokio, 1 yanvar , /AJMEDIA/

Fransada Yeni il gecəsində iğtişaşlar zamanı polis 490 nəfəri saxlayıb.
AJMEDIA xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri tviter hesabında paylaşım edib.
“2022-ci il ən az avtomobilin yandırıldığı, ən çox insanın həbs olunduğu il kimi yadda qaldı”, – deyə paylaşımda qeyd olunub.
Bayram gecəsində küçələrdə 90 min polis və jandarm xidmət aparıb. İğtişaşçılar 700-dək avtomobil yandırıblar.
Ötən Yeni il gecəsi Fransa küçələrində 441 nəfər saxlanılıb, 874 avtomobil yandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts