Fransada uşaqlar üçün maska ​​taxmaq məcburi olacaq

Tokio, 2 yanvar, /AJMEDIA/

Fransa hakimiyyəti koronavirusun “omikron” ştammı ilə yoluxma hallarının kəskin artması ilə əlaqədar altı yaşından yuxarı uşaqları ictimai yerlərdə qoruyucu maskalar taxmağa məcbur edəcək.

AJMEDIA xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Fransa Nazirlər Kabinətinin sənədlər portalında yerləşdirilən hökumətin qərarında bildirilib.

Sənəddə qeyd olunub: “Bu qərarda göstərilən qoruyucu maska ​​taxmaq məcburiyyəti altı yaşdan yuxarı olan şəxslərə şamil edilir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts