Fransa polisi pensiya islahatlarına etiraz edən nümayişçilərə zorakılıq göstərib

Tokio, 24 mart , /AJMEDIA/

Pensiya islahatına qarşı etirazın doqquzuncu günü polis və nümayişçilər arasında zorakılıqla yadda qalıb.
AJMEDIA xəbər verir ki, nümayişçilərin tələblərinə məhəl qoymayan Emmanuel Makronun çıxışından sonra Fransanın hər yerində tətillər davam edib.
Həmkarlar İttifaqları martın 23-də 3,5 milyon nümayişçinin etiraz aksiyalarında iştirak etdiyini bildirsə də, Daxili İşlər Nazirliyi bu rəqəmin 1,1 milyon olduğunu deyir.
Fransanın bütün şəhərlərində etiraz nümayişləri səngimir.
Paris şəhərindəki nümayiş polislə toqquşma ilə başlayıb. Respublika meydanında polis və nümayişçilər arasında toqquşma axşam saatlarında Opera məhəlləsində də davam edib. Polis nümayişçilərin arasında radikalların olduğu barədə məlumat yayıb. Bir çox şəhərdə tələbələr də nümayişçilərə qoşulub. Digər şəhərlərdə də polislə toqquşmaların olduğu bildirilir.
Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Ölkədə bütün nəqliyyat növləri iflic olub. Ölkədə tətillərə, bütün sahələri blokadaya almağa çağırışlar edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts