Site icon AJMEDIA Azərbaycanca

Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək

Tokio, 25 iyul , /AJMEDIA/

Fransa 2030-cu il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.

AJMEDIA xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 142-ci sessiyasında qəbul olunub.

IOC yarışların Fransa Alplarında keçirilməsinə qərar verib. Bununla da ölkə 4-cü dəfə Qış Olimpiadasını qəbul edəcək. Fransada bu yarış daha əvvəl 1924, 1968 və 1992-ci illərdə təşkil olunub.

Qeyd edək ki, Fransa bu il “Paris-2024” Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək.

Exit mobile version