Site icon AJMEDIA Azərbaycanca

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı beynəlxalq idman yarışının qalibi olub

Tokio, 28 iyul , /AJMEDIA/

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Cəlal Süleymanov “Ümumdünya Polis və Yanğınsöndürən Oyunları-2022”nin qalibi olub.
Nazirliyin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Hollandiyanın Rotterdam şəhərində 63 idman növü üzrə 70 ölkədən 10 minə yaxın idmançının mübarizə apardığı çempionatda FHN-in əməkdaşı Cəlal Süleymanov idmanın sərbəst güləş növü üzrə yarışlara qatılıb.
Altmış beş kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Braziliya, Slovakiya və Türkiyədən olan idmançıları məğlub edərək qızıl medala layiq görülüb.

Exit mobile version