Site icon AJMEDIA Azərbaycanca

Formula 2: İsveçli pilot sprint yarışında birinci olub

Tokio, 20 sentyabr, /AJMEDIA/

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı başa çatıb.

AJMEDIA xəbər verir ki, yarışda 11 komanda mübarizə aparıb.

İsveçli Dino Beqanoviç (“TGR”) birinci, britaniyalı Luke Brouninq (“TGR”) ikinci, irlandiyalı Aleks Dunne (“Rodin”) üçüncü yeri tutub.

Ötən gün təşkil olunmuş birinci sərbəst yürüşdə Aleks Dunne, sıralama turunda isə Cek Krauford (“DAMS”) birinci olub.

Bu gün, həmçinin saat 16:00-da Formula 1 üzrə sıralama turu baş tutacaq.

Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Exit mobile version