Formula 2 Azərbaycan Qran-Prisi: Bolidində yanğın baş verən pilot mübarizəni dayandırıb

Tokio, 14 sentyabr, /AJMEDIA/

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisinin sprint yarışında “Rodin Motorsport” komandasının pilotu Rimoto Miyata mübarizəni dayandırıb.

AJMEDIA xəbər verir ki, buna yaponiyalı sürücünün idarə etdiyi bolidin təhlükəsizlik maneəsinə çırpılması səbəb olub. Qəza nəticəsində avtomobildə yanğın baş verib. Nəticədə onun bolidi trasdan kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts