Site icon AJMEDIA Azərbaycanca

Formula 1 Niderland Qran-Prisinin bütün biletləri satılıb

Tokio, 19 may , /AJMEDIA/

Formula 1 Niderland Qran-Prisinin təşkilatçıları yarışa bütün biletlərin satıldığını açıqlayıb.
AJMEDIA xəbər verir ki, ötən il Zandfortda keçirilən yarış pandemiya səbəbindən və tətbiq olunan məhdudiyyətlərə görə azarkeşlərlə tam dolmamışdı. Həmin vaxt yerli hökumət tribunaların 67 faizinə tamaşaçıların buraxılmasına icazə vermişdi.
Cari mövsüm Niderland Qran-Prisi sentyabrın 4-də təşkil olunacaq.
Qeyd edək ki, mövsümün səkkizinci yarışı olan Azərbaycan Qran-Prisi iyunun 12-də Bakı şəhər halqasında keçiriləcək.

Exit mobile version