Formula 1: Maks Ferstappen cari mövsümdə ikinci poul-mövqeyi qazanıb

Tokio, 1 aprel , /AJMEDIA/

Formula 1-in hazırkı çempionu, “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen cari mövsümdə ikinci, karyerası ərzində isə 22-ci poul-mövqeyi qazanaraq Avstraliya Qran-Prisinin təsnifat yarışlarında ən sürətli olub.
AJMEDIA xəbər verir ki, təsnifat sessiyasının üçüncü seqmentində niderlandlı pilot uik-end ərzində ən yaxşı göstərici nümayiş etdirib (1.16,732) və onu izləyən ən yaxın rəqibini 0,236 saniyə geridə qoyub. Həm də bu rəqib Maksın komanda ortağı Serxio Peres və ya “Aston Martin”dən Fernando Alonso deyil, dama-dama bayraq altında ikinci pilləyə qalxan “Mercedes” komandasının pilotu Corc Rassel idi.
“Gümüşü ox”ların irəliləyişini Lyuis Hemilton da təsdiqləyib. Yeddiqat dünya çempionu mübarizədə üçüncü olub. “Mercedes” ötən ilin oktyabrında İnterlaqosdan bəri ilk dəfə olaraq tam heyətdə ilk üçlükdə yürüşə başlayacaq.
Ferstappenin komanda yoldaşı və Ciddədə keçirilən ötən mərhələnin qalibi Serxio Peres bazar günü sonuncu yerdən start götürəcək. Meksikalı üçüncü seqmentdə birinci sürətli dairədə trasdan kənarlaşıb və sessiyanı vaxtından əvvəl başa vurub.
Xatırladaq ki, Melburn yürüşü bazar günü, Bakı vaxtı ilə saat 9.00-da start götürəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts