Tokio, 26 noyabr, /AJMEDIA/
“Formula 1” üzrə dünya çempionatının yeni mövsümündə debüt edəcək komandanın adı rəsmən bəlli olub.
AJMEDIA Formula 1-in rəsmi saytına istinadən xəbər verir ki, “Cadillac F-1” 2026-cı ildə keçiriləcək yarışda 11-ci komanda kimi iştirak edəcək.
“Cadillac F-1”in həmin ildə trasa çıxması üçün ABŞ-ın “General Motors” şirkəti ilə prinsipial razılıq əldə etdiyi bildirilib.
Komandanın yeni mövsümdə “Ferrari”nin mühərriklərindən istifadə edəcəyi gözlənilir.