Formula 1: Bakı trasında pit-leynə daxil olma qaydası dəyişdirilib

Tokio, 17 may , /AJMEDIA/

Bakı trasının icraçı direktoru Arif Rəhimovun sözlərinə görə, bu il yürüşdən əvvəl təşkilatçılar pit-leynə girişi dəyişib, eləcə də yeni nəsil Formula 1 bolidlərinin alçaq klirensini (yolun səthi ilə avtomobilin mərkəzi hissəsinin ən alçaq nöqtəsi arasında məsafə) nəzərə alaraq bəzi bordürləri dəyişiblər.
AJMEDIA xəbər verir ki, Arif Rəhimov deyib: “Biz pit-leynə girişi azacıq dəyişmişik. Trasın özündə dəyişikliklər yoxdur, lakin Beynəlxalq Avtomobil Federasiyasının (FIA) xahişi ilə pit-leynə daxil olmanı daha təhlükəsiz etmək üçün bu qaydaları modifikasiya etmişik. Görək, bu dəyişikliklər nə ilə nəticələnəcək. Pilotlar pit-leynə giriş zamanı adətən çox səhvə yol vermirlər.
Bordür daşlarına gəlincə, adətən pilotlar yürüşdən sonra belə deyirlər: “Filan hissədə polad bordür yığışdırılmalı, filan hissədə isə əlavə olunmalıdır”. Bakı trasının dar hissəsi olan İçərişəhər qarşısında döngəyə gəlincə, biz orada bordürləri gah götürür, gah da əlavə edirik. Maşınlar trasdan keçməyincə, qərarın düzgün verilib-verilməməsini bilmək heç vaxt mümkün deyil”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts