“Forbes” jurnalı Azərbaycanı 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər siyahısında göstərib

Tokio, 12 yanvar , /AJMEDIA/

“Forbes” jurnalında 2023-cü ildə səyahət ediləcək ən yaxşı yerlər qeyd edilib.
AJMEDIA xəbər verir ki, səyahət ediləcək ölkələr sırasında Azərbaycanın da adı var.
Qeyd edilib ki, Qafqaz dağlarının Dubayı adlandırılan Azərbaycanın paytaxtı Bakı təzadlar şəhəridir. “Siz şəhərin orta əsrlərə aid köhnə şəhərinin divarlarının yanında parlaq Alov Qüllələrini və məscidləri tapa bilərsiniz. Bakı həm də Formula 1 yarışı olan Azərbaycan Qran-Prisinin vətənidir, ona görə də əgər siz F1 azarkeşisinizsə, ən azı 2024-cü ilə qədər şəhər küçələrində yarışa çıxa bilərsiniz”, – deyə məqalədə bildirilir.
Məqalədə həmçinin, Gürcüstan, Bolqarıstan, Rumıniya, İspaniya, Fransa, Çexiya, İtaliya, Almaniya kim ölkələrin də adı yer alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts