Firudin Qurbanov: Dövlət Proqramı çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub

Tokio, 23 Noyabr, /AJMEDIA/

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının icrası nəzərdə tutulub. Artıq 4 beynəlxalq iki diplom proqramının icrasına başlanılıb.
AJMEDIA xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransının açılışında deyib.
O bildirib ki, hədəf ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts