Finlandiya Prezidenti NATO-ya mümkün üzvlüklə bağlı açıqlama verəcək

Tokio, 1 may , /AJMEDIA/

Finlandiya Prezidentinin mayın 12-də NATO-ya mümkün üzvlüklə bağlı açıqlama verəcəyi gözlənilir.
AJMEDIA xəbər verir ki, bu barədə Finlandiyanın “İlta-Sanomat” tabloidi məlumat yayıb. Finlandiya Prezidenti Sauli Niinistö müsahibəsində ölkəsinin NATO-ya mümkün üzvlüyü ilə bağlı yekun rəyin açıqlanacağı tarix haqqında danışıb.
Prezidentin sözlərinə görə, Finlandiyanın yerləşdiyi regionda təhlükəsizlik vəziyyəti dəyişib. Bunu nəzərə alaraq, mayın 12-də Prezident Sauli Niinistö parlamentdə təmsil olunan partiyalarla görüş keçirəcək. Həmin tarixə qədər Finlandiya Parlamentində müvafiq məsələ ilə bağlı məsləhətləşmələr keçirilməsi nəzərdə tutulub. Yerli mətbuatın məlumatına görə, hökumətin təhlükəsizlik siyasəti ilə bağlı hazırlanan hesabatına cavabdeh olan komitələr mayın 11-dək öz işlərini başa çatdırmalı və hesabatlarını təqdim etməlidirlər.
Finlandiyanın NATO-ya üzvlük üçün müraciətinə dair mümkün qərar daha sonra Prezident və hökumət arasında hazırlanacaq birgə kommünikenin bəyan olunması ilə qəbul edilə bilər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts