Filippində “Nalgae” tropik qasırğası nəticəsində həyatını itirənlərin sayı 98-ə çatıb

Tokio, 31 oktyabr , /AJMEDIA/

Filippinin Luson adasına çatan “Nalgae” tropik qasırğası 1,81 milyon nəfərə təsir göstərib.
AJMEDIA xəbər verir ki, bu barədə Rsiklər Barədə Xəbərdarlıq və Təbii Fəlakətlərin Aradan Qaldırılması Milli Şurası məlumat yayıb. Hesabatda qeyd edilir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 98-ə çatıb.
Sənədə əsasən hazırda təxliyə edilmiş 912 min nəfər 27 mindən çox təxliyə mərkəzinə yerləşdirilib. Azı 69 nəfərin müxtəlif xəsarətlər aldığı, 63 nəfərin isə itkin düşdüyü qeyd edilir.
Qasırğa nəticəsində 3,49 min evə zərər dəyib, onlardan 689-u tamamilə dağılıb. Bununla yanaşı, 37 infrastruktur obyektinə 757,8 milyon peso (13,04 milyon dollar) zərər dəydiyi bildirilir. Təbii fəlakət nəticəsində 364 yola və 82 körpüyə zərərə dəyib.
Ümumiyyətlə, 670 təhsil müəssisəsində dərslər, 229 müəssisədə iş dayandırılıb.
Hökumət tərəfindən yardım göstərilməsi üçün artıq 32,3 milyon peso (555,8 min dollar) vəsait ayrılıb. Ölkənin kənd təsərrüfatına 435,4 milyon peso (7,49 milyon dollar) zərər dəydiyi qeyd edilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts