Filippində daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb

Tokio, 1 yanvar , /AJMEDIA/

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 49-a çatıb. Həmçinin 16 nəfər xəsarət alıb, 28 şəxs itkin düşüb.
AJMEDIA xəbər verir ki, bu barədə Filippinin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının məlumatında qeyd olunub.
Daşqınlar respublikanın 10 rayonunda 553,9 mindən çox insanın həyatına təsir edib. Ölkədə 51,4 min insan təxliyə məntəqələrinə yerləşdirilib. Təbii fəlakət 4,5 min evə ziyan vurub. Ümumilikdə 95 infrastruktur obyektinə 20,4 milyon dollar dəyərində ziyan dəyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts