Filippin Prezidenti 2022-ci ildə keçiriləcək seçkilərdə seçicilərin qeydiyyatını oktyabrın sonunadək uzadıb

Tokio, 4 Oktyabr, /AJMEDIA/

Filippin Prezidenti Rodriqo Duterte 2022-ci ildə keçiriləcək prezident, parlament və yerli orqanlara seçkilərdə seçicilərin qeydiyyatını oktyabrın 30-dək uzadıb.

AJMEDIA xəbər verir ki, bu barədə prezidentin ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən oktyabrın 4-də yayılmış məlumatda bildirilir.

Qeyd edək ki, 109 milyon əhaliyə malik Filippində seçicilərin qeydiyyatı sentyabrın 30-da başa çatmalı idi. Seçki komissiyaları səs verənlərin qeydiyyatının uzadılması barədə təklifi seçkilərə hazırlığa mənfi təsir göstərməsi səbəbindən iki dəfə geri qaytarıblar. Oktyabrın 1-də isə ölkədə namizədlərin qeydiyyata alınmasına başlanılıb və onun oktyabrın 8-də başa çatacağı bildirilir.

2022-ci il mayın 9-da keçiriləcək seçkilərdə filippinlilər ölkə prezidentini, vitse-prezidenti, 300-dən artıq qanunvericini və minlərlə yerli məmuru seçəcəklər. Namizədlərin ilk siyahısı oktyabrın sonlarında dərc olunacaq. İddiaçıların son siyahısı isə 2022-ci ilin yanvarında tərtib ediləcək. Əvvəllər vitse-prezident vəzifəsi uğrunda mübarizəyə qatılacağını bəyan edən R.Duterte, artıq bu iddiasından imtina etdiyini bəyan edib. O, ümumiyyətlə siyasətdən gedəcəyini bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts