Site icon AJMEDIA Azərbaycanca

Filarmoniyada Novruz bayramına həsr olunan konsert keçirilib

Tokio, 15 mart , /AJMEDIA/

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Novruza – təbiətin oyanmasını tərənnüm edən, insanların həyatına yaxşı dəyişikliklər gətirən qədim bahar bayramına həsr olunmuş konsert keçirilib.

AJMEDIA xəbər verir ki, konsert proqramında Əməkdar artist Almaz Orucova, respublika və beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev və Rəvanə Qurbanovanın ifasında xalq mahnıları və müəllif kompozisiyaları səsləndirilib.

Azərbaycanın Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbəri və baş dirijoru olduğu Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı kollektivinin çıxışı da bayram əhval-ruhiyyəsi, xoş ovqat yaradıb. İfaçıların çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Exit mobile version