FIFA dünya çempionatını iki ildən bir keçirmək ideyasını dəstəkləmədi

Tokio, 9 dekabr , /AJMEDIA/

Beynəlxalq Futbol Federasiyası (FIFA) dünya çempionatının iki ildən bir keçirilməsi ideyasını dəstəkləməyib.
AJMEDIA xəbər verir ki, bu barədə FIFA-nın Qlobal inkişaf departamentinin rəhbəri Arsen Venger Fransanın “L’Equipe” qəzetinə müsahibəsində deyib.
“Mən bunun pis fikir olmadığını düşünürəm, lakin belə olduqda sıralama təqvimi yenidən qurulmalıdır. Hazırda dünya çempionatı, qadınlar arasında dünya və Avropa çempionatları və qadın futbol klublarının Dünya kuboku ilə növbələşən dördillik dövrə üzərində çalışırıq”, – deyə Arsen Venger bildirib.
FIFA bir müddət öncə Arsen Vengerin rəhbərlik etdiyi departamentindən dünya çempionatının iki ildən bir keçirilməsi konsepsiyasını nəzərdən keçirməyi xahiş etmişdi. Hazırda dünya çempionatı dörd ildən bir keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts