Tokio, 27 mart , /AJMEDIA/
Fici adaları sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 77 min nəfərdən çox əhalisi olan Suva şəhərindən 588 kilometr cənub-qərbdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.