“Fənərbağça”nın sabiq futbolçusu Braziliya klubuna baş məşqçi təyin olunub

Tokio, 16 noyabr , /AJMEDIA/

Futbol üzrə Braziliya yığmasının və Türkiyənin “Fənərbağça” klubunun sabiq futbolçusu Aleks De Souzanın yeni iş yeri məlum olub.
AJMEDIA xəbər verir ki, 45 yaşlı mütəxəssis Braziliya B Seriyasında çıxış edəcək “Avai” komandasının baş məşqçi postuna gətirilib.
Onunla müddəti 2023-cü il mövsümünün sonunadək nəzərdə tutulmuş müqavilə imzalanıb.
Xatırladaq ki, Aleks De Souza daha əvvəl “San Paulo”nun U-20 komandasını çalışdırıb. “Avai” isə son mövsümdə A Seriyasında 19-cu yeri tutaraq elitanı tərk edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts