Fərid Qayıbov: Zöhrə Ağamirova əzmkarlığı və əziyyəti sayəsində yenidən Olimpiadaya lisenziya qazandı

Tokio, 5 sentyabr , /AJMEDIA/

Zöhrə Ağamirova çox əzmkar qızdır. Mən onu uşaqlıqdan bəri yaxşı tanıyıram. Çünki mən əvvəl Azərbaycan Gimnastika Federasiyasında çalışmışam.

AJMEDIA xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirovanın ikinci dəfə Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.

Zöhrə Ağamirovanın 2019-cu ildə Tokio Olimpiadasına vəsiqə qazandığını xatırladan nazir bildirib ki, onun üçün ikinci dəfə Olimpiya Oyunlarında iştirak etmək olduqca çətin görünürdü: “Çünki yaşı ötür. Lakin əzmkarlığı və əziyyəti sayəsində yenidən nüfuzlu yarışa lisenziya əldə etdi”.

F.Qayıbov bu uğura görə idmançının məşqçilərinə öz minnətdarlığını bildirib: “Məşqçilərini təbrik edirəm. Çünki bir idmançını yetişdirmək üçün bir neçə məşqçi və bütün komanda çalışır”.

Qeyd edək ki, Zöhrə Ağamirova İspaniyanın Valensiya şəhərində keçirilmiş 40-cı dünya çempionatında çoxnövçülük yarışlarının nəticəsinə əsasən, 12-ci yeri tutaraq, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts