Site icon AJMEDIA Azərbaycanca

Fərid Qayıbov regionlarda Olimpiya İdman komplekslərinin fəaliyyəti ilə tanış olub

Tokio, 14 mart , /AJMEDIA/

Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhərində, Ağstafa, Göygöl, Ucar, Şəmkir, Goranboy, Qazax və Tovuz rayonlarında olub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, səfər çərçivəsində Qazax, Tovuz, Şəmkir, Göygöl və Gəncə Olimpiya İdman komplekslərinin fəaliyyəti ilə tanış olan nazir bu idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib. Goranboyda inşa edilən və istifadəyə hazır olan Olimpiya İdman Kompleksinin də imkanları ilə tanışlıq olub.

Fərid Qayıbov komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, xüsusən də üzgüçülük hovuzlarının imkanlarından səmərəli istifadə etməklə uşaq və gənclərin məşqlərə cəlb edilməsinin və idman qurğularında marketinq işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini vurğulayıb.

Gəncə şəhərində yeni inşa edilən və təkcə ölkəmizin deyil, Qafqazın ən böyük idman mərkəzi olacaq Gəncə İdman Sarayının tikintisinin gedişatı ilə də tanış olub və sarayın layihəsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin Tovuzda Futbol Akademiyası, Goranboyda Üzgüçülük Hovuzu, Ağstafa, Şəmkir və Tovuzda Uşaq-Gənclər İdman məktəblərinə baxış olub, mövcud vəziyyət yerində öyrənilib. Ucar, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Goranboyda Gənclər evlərinin fəaliyyəti ilə tanış olan Fərid Qayıbov, klub və dərnəklərin fəaliyyəti, xidmətlərin səviyyəsi ilə də maraqlanıb. İstedadlı gənclərin yaradıcılığı barədə məlumat verilib.

Exit mobile version