Site icon AJMEDIA Azərbaycanca

“Fənərbağça”nın qapıçısı Azərbaycan millisini Türkiyə yığmasına dəyişib

Tokio, 23 noyabr , /AJMEDIA/

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Göknur Güleryüz milli komandasını dəyişib.

AJMEDIA xəbər verir ki, “Fənərbağça”da çıxış edən 20 yaşlı qapıçı bundan sonra Türkiyə seçməsinin formasını geyinəcək.

Azərbaycanın əsas millisinə də cəlb olunan türkiyəli qolkiper yekunda doğma ölkəsinin yığmasında oynamağa üstünlük verib.

Qaydalara görə, futbolçu 21 yaşına kimi milli komandasını dəyişə bilər

Exit mobile version