Site icon AJMEDIA Azərbaycanca

“Fənərbağça” ötən yay satdığı futbolçunu geri qaytarıb

Tokio, 9 fevral , /AJMEDIA/

Türkiyənin “Fənərbağça” komandası sabiq futbolçusu Sərdar Dursunu yenidən heyətinə qatıb.

AJMEDIA klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi 32 yaşlı hücumçunu “Fatih Karagümrük”dən cari mövsümün sonunadək icarəyə götürüb. Türkiyə millisinin üzvü ötən ilin yayında “Fənərbağça”nı tərk etmişdi.

Qeyd edək ki, Sərdar Dursun bu mövsüm 25 oyunda 6 qolla yadda qalıb.

Exit mobile version