Tokio, 3 Oktyabr, /AJMEDIA/
Gürcüstanın “Gorby” təşkilatı yerli idarəetmə orqanlarına seçkilərdə apardığı exitpolun nəticələrini açıqlayıb.
AJMEDIA xəbər verir ki, təşkilatın keçirdiyi sorğunun saat 18:00-a olan nəticələrinə əsasən, “Gürcü arzusu – demokratik Gürcüstan” Partiyası 47,6 faiz, Vahid Milli Hərəkat Partiyası (VMHP) 27,1 faiz, “Gürcüstan naminə” partiyası 6,8 faiz səs toplayıb.
Tbilisi meri seçkilərində isə 51,3 faizlə “Gürcü arzusu”nun namizədi Kaxa Kaladze rəqiblərini qabaqlayıb. İkinci yerdə 34,6 faiz səslə VMHP-nin namizədi Nika Meliya, üçüncü yerdə isə 5,5 faiz səslə “Gürcüstan uğrunda” partiyasının namizədi Giorgi Qaxariya qərarlaşıb.
“Mtavari arxi” telekanalının sifarişi ilə “İpsos” təşkilatının keçirdiyi exitpolun nəticələrinə görə də seçkilərdə “Gürcü arzusu” partiyası qələbə qazanıb.